Ermənistanın yerə düşən "Amerika xəyalı" Con Kerri yenə niyə narahatdır?

Ermənistanın yerə düşən "Amerika xəyalı"

Bakıda keçiriləcək Avropa oyunları öncəsi beynəlxalq diqqətin ölkəmizə cəlb olunacağı gözlənilir. Bir ay müddətində bütün dünya Azərbaycandan danışacaq.

Ölkəmizdə keçiriləcək beynəlxalq əhəmiyyətli oyunlar dünyanın müxtəlif ölkələrində yayımlanacaq. Bütün bunlarda ölkəmizin götürəcəyi dividentlər danılmazdır. Beynəlxalq ictimai rəydə Azərbaycan ümumdünya dəyərlərinə hörmət edən, sürətlə inkişaf edən və yüksək mədəniyyətə sahib ölkə kimi həkk olunacaq. Belə bir zamanda ölkəmizə qarşı düşmən mövqe seçən ermənilər Azərbaycanın əldə edəcəyi dividentləri minimuma endirmək üçün əllərindən gələni edirlər. Erməni diasporunun xüsusilə də güclü olduğu ABŞ-da ölkəmizə qarşı aparılan kampaniya daha da genişdir.

Hakimiyyətə gələrkən erməni diasporu qarşısında öhdəliklər götürən bəzi dövlət nümayəndələri də Azərbaycana qarşı aparılan kampaniyada can-başla iştirak edirlər.

ABŞ-da bu kampaniyanın təşkil olunması, əsasən, ABŞ-ın dövlət büdcəsindən maliyyələşdirilən və uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edən National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.

Məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyir ki, Con Kerrinin Azərbaycana qarşı düşmən münasibətdə olması heç kimə sirr deyil. Bu şəxs faktiki olaraq, Azərbacana qarşı 907-ci düzəlişin tətbiq edilmə prosesindən başlayaraq, ermənilərə bütün müstəvilərdə dəstəyə qədər hər zaman öz mövqeyini nümayiş etdirib.

Mirzəbəyli hesab edir ki, Azərbaycanın öz milli maraqlarına istinad edərək müstəqil siyasət yürütməsi ABŞ-ın bəzi dairələrində qıcıq yaradır.

"İndiki şəraitdə bir çox səbəblərdən Con Kerri və ABŞ administrasiyası Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli kampaniyaları davam etdirir. Bunun əsas səbəblərindən biri vaxtilə Azərbaycan prezidentinin İstanbula səfər etməkdən imtina etməsi və ABŞ tərəfindən himayə olunan Ermənistan-Türkiyə protokolları ilə bağlı layihənin əleyhinə çıxış etməsidir. Ağ ev Azərbaycan dövlət başçısının cəsarətli və ölkəmizin milli maraqlarından çıxış edərək atdığı addımı heç cür həzm edə bilmir. Bu düşmən münasibət o gündən bəri davam etdirilir", - o əlavə edib.

Partiya rəsmisi Con Kerrinin erməni diasporuna bağlılığına da toxunaraq, adıçəkilən ABŞ rəsmisinin erməni diasporu ilə əlaqələrinin heç kimə sirr olmadığını bildirib: "Əvvəl də qeyd etdiyim kimi Azərbaycan və Türkiyə əleyhinə olan bir çox layihələrdə bu insanın əli var və hər zaman da ermənipərəst mövqedən çıxış edib. Görünür, Kerri Erməni diasporu qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi üçün bu qədər qəzəblidir və indiki şəraitdən istifadə edərək bütün müstəvilərdə ölkəmizə qarşı hücuma başlayıb".

Mirzəbəylinin sözlərinə görə, Azərbaycanda bu gün dövlətin və milli maraqların əleyhinə çıxış edəcək bəlli kiçik bir qrup var. Onlar çoxdan ifşa olunublar.

"Onlar üçün əslində, heç bir fərqi yoxdur. Bir müddət öncə Rusiya layihəsində iştirak edirdilər. İndi kimlər onlara müəyyən qrant ayıracaqsa və stimullaşdıracaqsa, onların layihəsində iştirak edəcəklər. Bütün hallarda o adamların atacaqları addımların heç bir effekti olmayacaq. Əslində, biz bəzən düşünürük ki, bu kampaniya yalnız indiki şəraitdə Azərbaycana qarşı aparılır, ancaq kampaniya mütəmadi olaraq davam edir. Sadəcə, Azərbaycanda hər hansı beynəlxalq tədbir keçiriləndə dünyanın diqqəti Azərbaycana qarşı yönəldiyi üçün belə kampaniyalar daha geniş vüsət alır. Çünki Azərbaycanın əldə edə biləcəyi dividentlərin qarşısını almağa, eyni zamanda dünyanın diqqətinin Azərbaycanda olduğunu düşünüb yararlanmağa çalışırlar", - o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...