ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxır – Səfirlik Robert Sekuta haqda xəbər yaydı

ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxır –

Səfir Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə və daha sonra diplomatik xidmətini başa vuraraq təqaüdə çıxmağa qərar verib.

Bu barədə “Amerikanın Səsi”nə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfir Sekuta qeyd edib ki, onun ölkədə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib.

“O və ailəsi ölkəni, Azərbaycan xalqını yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir. Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük bir şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir”, – deyə, səfirliyin məlumatında deyilir.
Robert Sekuta 2015-ci il fevralın 12-dən etibarən ABŞ-ın Azərbaycanda səfiridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...