İnam Kərimov daha bir direktoru işdən çıxardı - Professor Sadiq Salahov yola salındı

İnam Kərimov daha bir direktoru işdən çıxardı -


Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün nazirliyin tabeliyində olan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun direktorunu vəzifəsindən azad edib. Gundeminfo.az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə adıçəkilən institutun direktoru, iqtisad elmləri doktoru, professor Sadiq Salahov vəzifəsindən çıxarılıb. Məlumata görə, hələlik Sadiq Salahovdan boşalan direktor postuna təyinat olmayıb.

Faktı Mia.az-a institutdan təsdiq ediblər. Xatırladaq ki, Sadiq Salahov 1946-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olub. Həmin rayonda orta məktəbi bitirdikdən sonra 1963-cü ildə Politexnik İnstitutunun "Texnologiya” fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib.

1968-1970-ci illərdə respublika Pambıqtəmizləmə Sənayesi Nazirliyi müəssisələrində çalışmış və "Rəşadətli əməyə görə” yubiley medalı ilə təltif olunub.

İnam Kərimov daha bir direktoru işdən çıxardı -


1970-1971-ci illərdə Politexnik İnstitutunda müəllim işləmiş və 1971-1972-ci illərdə hərbi xidmətdə olmuşdur.1972-1977-ci illərdə əmək fəaliyyətini Dövlət Plan Komitəsi Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda əvvəlcə elmi işçi, sonra bölmə müdiri vəzifələrində davam etdirmişdir.

1977-1983-cü illərdə Respublikada Yüngül Sənaye Nazirliyi «Azərpambıqsənaye» İstehsalat Birliyində «İstehsalat» şöbəsində mühəndis, şöbə müdiri vəzifələrində işləmiş, həmin ilin sentyabr ayından isə Respublika Nazirlər Sovetinə işə göndərilmişdir. 1984-cü ilin sentyabr ayına kimi Nazirlər Soveti işlər idarəsinin Yüngül Sənaye şöbəsində böyük referent vəzifəsində çalışmışdır.

1984-cü ilin sentyabrından 1988-ci ilin mart ayınadək Respublika Pambıqtəmizləmə Sənayesi Nazirinin müavini, nazirlik istehsalat Birliyinə çevrildikdən sonra isə Birliyin Baş direktorunun müavini vəzifələrində işləmişdir.

1988-ci ilin martında Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna (Az.ETKTİ və Tİ) köçürülmüş və 1992-ci ilin oktyabrınadək burada elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.

Həmin illərdə dövrü mətbuatda respublikada pambıqçılığın və üzümçülüyün perspektiv inkişafına dair geniş məqalələrlə çıxış etmiş və pambıqçılığın inkişaf problemlərinə dair 4 elmi məqalə, 2 məcmuə çap etdirmişdir. Onun elmi təklifləri 80-ci illərdə respublikada Pambıqçılıq Kompleksinin inkişaf proqramlarında öz əksini tapmışdır. Məhz bu səbəbdən o, 1992-ci ildə yenidən Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə işə dəvət edilmiş və burada 1992-1998-ci illər ərzində Pambıq Emalı idarəsinin rəisivə sonralar isə Xarici İqtisadi Əlaqələr Birliyinin Baş direktoru vəzifələrində çalışmışdır. Burada işlədiyi müddətdə o, Fransanın Toxuculuq Sənayesinin Elmi Araşdırmalar Mərkəzi sayılan (CFDT) Toxuculuq və yüngül sənaye üzrə yarım dövlət təşkilatı ilə birlikdə bazar iqtisadiyyatı şəraitində, Azərbaycanda pambıqçılığın inkişafına dair elmi araşdırmalar aparmış, alınmış nəticələr əsasında birgə hazırlanmış proqram layihəsi Respublika hökumətinə təqdim edilmişdir.

Aqrar islahatla əlaqədar Birlik 1998-ci ildə ləğv olunduğundan 1998-2001-ci illərdə S.V.Salahov qeyri – dövlət müəssisəsində iqtisadi müşavir vəzifəsində işləmişdir.

2001-ci ilin fevralından-may ayınadək Az.Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işlər üzrə direktor müavini işləmiş, may ayından bu günədək isə həmin institutun direktoru vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...