Nazirlik dünyaca məşhur qardaşları niyə görməzdən gəlir? - MÜSAHİBƏ

Nazirlik dünyaca məşhur qardaşları niyə görməzdən gəlir? -

Azərbaycanın tanınmış pəhləvanları, 9 dəfə dünya rekordunu qırmış Laçın və Hüseyn Pəhləvanoğulları qardaşları onlara qarşı edilən diqqətsizlikdən narazıdırlar.

Avropa ölkələrində "Azeri brothers” (Azəri qardaşlar) kimi tanınan pəhləvan qardaşlardan Laçın Pəhləvanoğlu Unikal.org-a müsahibə verib:

- Sizə hansı vədlər verilib və yərinə yetrilməyib?

- Əslində, biz qədim pəhləvan sənəti ilə ölkəmizin mədəniyyətini başqa ölkələrdə təmsil edirik. Bunu da özümüzə xalqımız qarşısında borc bilirik. Bu qədər uğur əldə etdiyimiz halda, regionun Mədəniyyət Mərkəzinin müdriyyəti və işçiləri bizi görməzdən gəlir. Ancaq hansısa tədbir olanda yada salırlar. Tədbirə gəlməyimiz üçün isə "sizi işçi kimi qeydiyyata alacağıq" vədləri verirlər. Biz onlardan nə pul, nə də hansısa qiymətli şey istəmirik. Tələbimiz odur ki, mədəniyyət işçisi kimi orada ştat üzrə fəailiyyət göstərək. Əslində bizim xaricə səfərlərimizə mədəniyyət nazirliyi dəstək olmalıdır. Maddi dəstək bir yana, mənəvi baxımdan dəsdək olsunlar ki, bizdə də ruh yüksəkliyi yaransın. Bildiyiniz kimi, Gürcüstan, Ukrayna, Türkiyə, İtaliya, Rusiya, Amerika, Kolumbiya, Rumıniya kimi böyük ölkələrdə pəhləvan sənətini tanıdıb, ölkəmizin mədəniyyətini təbliğ etmişik və rəsmi şəkildə 9 qat dünya rekordçusu olaraq Dünya Rekordlar Kitabına düşmüşük və "Ginnesin Rekordlar Kitabı"na namizədik. Bunlar olduğu halda biri çağırıb demir ki, necə oldu, necə bacardınız və ya uğrunuzu təbrik edirik...

- Azərbaycan Mədəniyyət Nazirliyinin özünə müraciət etmisiniz?

- Müraciət etdiklərim nazirliyin rayon üzrə nümayəndəlikləridir. O qurumları da bir az əvvəl qeyd etdim. Hər dəfə dəstək olacaqlarını deyiblər və bunun üçün tapşırıqlarını da veriblər. Amma hələ də heç nə yoxdur. Biz pəhləvanlıqdan əlavə qol güləşi ilə də məşğul olmuşuq. Dəfələrlə respublika çempionu olmuşuq. Həmçinin idmançı və məşqçi kimi idman kulubunda fəaliyyət göstəstəririk. Bu yaxınlarda mədəniyyət naziri Əbülfəs Qarayev Qusara gəlibmiş və görüş keçirib. Amma bizə heç kim nazirin gəlişi barədə məlumat vermədi. O getdikdən sonra bildik ki, nazir gəncləri qəbul edib.

- Bəs nazirin gəlişi sizdən niyə gizlədilib?

- Bizi də düşündürən suallar olur. Hətta dostlarımız da bizə sual verir ki, "Niyə sizə dəstək olan yoxdur?” Bizə çox maraqlıdır niyə diqqətdən kənarda qalmışıq? Ölkəmizi dünya ölkələrində təmsil edirik. Bax, elə buna görə dəstəyə ehtiyacımız var. Təkbaşına, öz cibinin xərci və bəzi dostların köməyi bizim bu işi görməyimizə kifayət etmir. Bizə dəstək göstərilsə daha böyük uğurlar əldə edə bilərik. Bu qazandığımız uğurlar gücümüzün hesabına olub.

- Bu günə qədər bir çox ölkələrdə festival və yarışlarda olumusunuz. Ora kimin dəstəyi ilə getmisiniz?

- Bizə dostlarımız və iş adamları həmişə köməklik göstərib. Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nohbalayev də imkan daxilində dəstək olur. Hətta icra hakimiyəti tərəfindən də dəstəyimiz var. Amma təkcə bu dəstəklə Kolumbiyaya gedib, orada çıxış etmək çox çətindir. Düzdür, bəzi xərclər dəvət olunduğumuz ölkə tərəfindən ödənilir. O da ödənilməsə, Amerikaya gedib çıxası deyildik.

- Nə vaxtdan müraciət etmisiniz?

- 2013-cü ildən müraciət edirəm. Yaxşı olacaq, dəstək olunacaq deyirlər, amma ortada bir şey yoxdur. Öz əziyyətimizlə 8 ölkəyə gedib-gəlmişik. Hər ölkədən uğurla qayıtmışıq. Hələ də vəd verirlər, biz də gözləyirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...