Mübariz Mənsimovdan Ukraynaya qarşı böyük hörmətsizlik FOTO

Mübariz Mənsimovdan Ukraynaya qarşı böyük hörmətsizlik

Rusiyanın Krımı ilhaq etməsindən sonra bir sıra beynəlxalq gəmiçilik şirkətləri Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmətsizlik nümayiş etdirərək yarımadanın limanlarından istifadəni davam etdirirlər.

Virtualaz.org saytı xəbər verir ki, onların arasında azərbaycanlı milyarder, gəmiçilik maqnatı Mübariz Mənsimovun şirkətinin gəmiləri liderlik edir.

BSNews portalının araşdırmasına görə, son bir ildə 44 türk gəmisi Krım limanlarına daxil olub. Monitorinqlərin nəticələrinə əsasən Krımın ilhaqından sonra cəmi 15 ölkədən 165 ticarət gəmisi yarımadanın limanlarına yan alıb. Onların arasında Türkiyə gəmiləri liderlik edir.

Gəmi sahibləri və operatorlarından Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirənlər arasında Mənsimovun “Palmali” şirkəti öndə gedir. Şirkətin 7 gəmisi Krım limanlarına yan alıb. Onlardan bəziləri dəfələrlə Rusiyanın nəzarətində olan yarımadanın limanlarına daxil olaraq yük boşaldıblar, yaxud götürüblər. Onlardan “Palflot 5” tankeri Feodosiya limanına 6 dəfə yan alıb.

Monitorinqlərin nəticələrinə əsasən “Palmali” şirkətinə məxsus “Armada Trader” bu il fevralın 4-də Kerç limanına yan alıb. Şirkətin “Huseyn Javid” tankeri isə 2014-cü il iyunun 2-dən 4-nə qədər Feodosiya limanında olub.

“Palflot 5” tankerinin 2014-cü ilin aprelindən iyun ayına qədər Feodosiya limanına 6 dəfə yan aldığı qeydə alınıb. Şirkətin “Brothers 7” tankeri 2014-cü il, iyulun 11-12-də Feodosiya limanına yan aldığı məlum olub.

“Palmali”nin “Azeri Karabakh” neft tankeri ötən ilin mayında və iyun ayında Feodosiya limanına yan alıb.

Mənsimovun gəmilərindən “Bashir Safaroglu” isə 2014-cü ilin noyabrında iki dəfə, bu ilin fevral və martında daha iki dəfə Kerç limanına daxil olub.

“Palmali”nin “Kura River” gəmisi ötən ilin dekabrında 3 dəfə Kerç limanına yan alıb. Həmçinin Mənsimovun “Dahi Byulbyul” tankerinin ötən ilin iyun ayında Sevastopol limanına, bu ilin aprelində Feodosiyaya yan aldığı qeydə alınıb.

Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən Krım limanlarından Ukraynanın icazəsi olmadan istifadəni qadağan edən xüsusi qətnamə qəbul edilməyib. Və Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğu nəzərə alınarsa, belə qətnamənin qəbulu ümumiyyətlə istisnadır.

Buna baxmayaraq BMT Baş Assambleyası Krımın ilhaqını pisləyən və Ukraynanın ərazi bütövlüyünü müdafiə edən qətnamə qəbul edib. Həmçinin nəzərə almaq lazımdır ki, Mənsimov azərbaycanlıdır, onun vətəninin 20 faizi işğal altındadır və ərazi bütövlüyü prinsipinə qarşı laqeydlik Azərbaycanın maraqları baxımından düzgün addım deyil. Biznes maraqlarının nə qədər mühüm olmasına baxmayaraq...


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...