Mübariz Mənsimov: “Bu təxribatdır, uymayın!” – İş adamından bəyanat

Mübariz Mənsimov: “Bu təxribatdır, uymayın!” –

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov son günlərdə sosial şəbəkədə adının təxribat məqsədilə hallandırılmasına münasibət bildirib. Minval.info xəbər verir ki, tanınmış iş adamı siyasətçi olmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, siyasətə gəlmək niyyətində də deyil.

“Son günlər sosial mediada əslində, xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə trol hesablar və səhifələr tərəfindən məqsədyönlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur. O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər insanlarımız və dövlətimiz üçün etmişəm”, – M.Mənsimov bildirib.

Şirkət rəhbəri haqqında yayılan məlumatları təxribat adlandırıb və ictimaiyyəti buna uymamağa çağırıb: “Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərk etməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur”.

“Mən demişəm. İndi də deyirəm ki, iş adamı siyasətçi ola bilməz. Siyasətçi də iş adamı ola bilməz. Bunlar ikisi də bir -birinə ziddir. İş adamının borcu dövlətinin yanında olmaqdır. Bəziləri kimi arxadan oyun oynamıram. Və yediyim qaba tüpürmərəm! Mən hər zaman Prezidentimin, xalqımın yanındayam” – Mübariz Məsimov sonda əlavə edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
75 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...