"Qrifonlu ev" sökülməyəcək - Mədəniyyət Nazirliyi

"Qrifonlu ev" sökülməyəcək -

"Bakıdakı "Qrifonlu ev" kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir". Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: “Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.

"Qrifonlu ev" sökülməyəcək -


Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.

Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.
"Qrifonlu ev" sökülməyəcək -

Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb.(Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...