Gürcüstanla Ermənistan arasında qalmaqal

Gürcüstanla Ermənistan arasında qalmaqal

Osetiya mətbuatında yayımlanmış Ermənistan parlamentinin spikerinin Sxinvali marionet rejiminin nümayəndəsilə görüşməsi xəbəri təsdiqlənəcəyi təqdirdə Gürcüstan tərəfi buna sərt reaksiya verəcək. Axar.az xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze keçirdiyi brifinqdə deyib.

“Bu məlumatı Osetiya tərəfi yayıb. Başqa mənbə aşkar etməmişik. Məlumat təsdiq olunmayıb. Bu barədə bizim səfirlik məlumatlıdır. Bunun həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməyə çalışırıq”, - Kereselidze bildirib.

O bildirib ki, məlumat təsdiqlənəcəyi təqdirdə Gürcüstan tərəfi sərt reaksiya verəcək.

Reaksiyanın formasına gəlincə, Kereselidze bunun nota, etiraz, müraciət, demarş, məsləhətləşmə və ya səfirlə görüş şəklində həyata keçiriləcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...