Qarabağda hərbi əməliyyat ola bilər - Zülfüqarov

Qarabağda hərbi əməliyyat ola bilər -

KTMT-nin bu məsələyə müdaxilə etməsinin mümkünlüyü ilə bağlı səslənən mülahizələri yersiz fikirlər hesab edirəm.

Axar.az xəbər verir ki, bu sözləri politoloq, XİN-in keçmiş rəhbəri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında son vaxtlar təkcə Qarabağ istiqamətində deyil, Azərbaycan-Ermənistan sərhədində də ermənilərin təxribata əl atmasının səbəbinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə müdaxiləsinə zəmin yaratmaq istəyi olması haqda fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələyə heç kim, xüsusilə də KTMT üzvləri qarışmayacaq. Çünki onlar dəfələrlə bu məsələyə müdaxilə etməyəcəklərini bəyan ediblər:

“Hazırda hərbi əməliyyatların bərpası ehtimalı isə çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir. Əslində bu təxribatlar Azərbaycanın ictimai rəyinə yönəlib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır. Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görsənir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...