Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq VİDEO - FOTOLAR

Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq

Məmur özbaşınalığından əziyyət çəkən ölkə vətəndaşları çox vaxt mətbuata pənah gətirir, jurnalistlərə üz tuturlar. Amma jurnalistlər özü də tez-tez məmur özbaşınalığının qurbanına çevrilirlər.

4 mayda xeber-xetti.com saytının baş redaktoru Mirəziz Əzizova məxsus avtomobilin dövlət nömrə nişanı açılıb.

Əzizovun sözlərinə görə, bu olay şəxsən “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun göstərişi ilə baş verib: “ Mən öz avtomobilimi “Azərbaycan” nəşriyyatının yanında saxlamışdım. Və dostlarla görüşmək üçün bir neçə dəqiqəliyə nəşriyyata daxil oldum. Bir müddət sonra dostlar mənə zəng edərək bildirdi ki, binanı mühafizə edən polsilər mənim avtomobilimin dövlət nömrəsini çıxardılar. Mən əvvəlcə inanmadım. Çünki ancaq yol polisinin belə bir hüququ var. Mən polislərə müraciət edərək aydınlıq gətirmələrini tələb etdim. Onlar mənə dedi ki, bu şəxsən Ağabəy Əsgərovun göstərişidir”.

Hadisə ilə bağlı Mirəziz Əzizov 28 saylı Polis Bölməsinə müraciət edir: “ Hadisə yerinIMG_0576ə polislər gəldi. Ağabəy Əsgərov onlara bildirdi ki,avtomobilin nömrəsi mənim göstərişimlə açılıb,mən heç bir qanun-zad tanımıram. Mən baş verənlərlə bağlı 28-ci PB-ə və Baş prokurorluğa ərizə yazmışam”.

Mirəziz Əzizov avtomobilinin dövlət nömrəsinin hansı əsasla çıxarılması ilə bağlı “Azərbaycan” nəşriyyatının işçilərindən cavab tələb etməsi ilə bağlı roliki bizə təqdim elədi. Rolikdə nəşriyyatın işçiləri Mirəziz Əzizovu öz avtomobilini qanunsuz saxlamaqda ittiham edirlər.

Məsələyə aydınlıq gətirmək üçün Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) müxbiri Mirəziz Əzizovla 28-ci PB-ə yollandı.

Bölmənin əməkdaşı bizə bildirdi ki, biz Mirəziz Əzizovun şikayətini araşdırırıq.

Biz qarşı tərəfin mövqeyini öyrənmək qərarına gəldik. Təəssüf ki, Ağabəy Əsgərovla əlaqə saxlaya bilmədik.

Onda onun müavini Allahverdi Məmmədova zəng elədik, o isə sualımıza cavab verməkdən imtina elədi.

Sonra Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) baş verənlərlə bağlı Dövlət Yol Polisinin “Qaynar Xətt”inə müraciət elədi. Baş leytenant Orucov bizə bildirdi ki, yalnız yol polisi dövlət nömrə nişanını aça bilər, kim qanunsuz bu hərəkəti edərsə qanun qarşısında cavab verməlidir.




Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq
Ağabəy Əsgərovdan Ramiz Zeynalova sayqısızlıq


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...