10 min gəncəli Heydər Əliyevin portretini canlandırdı - FOTOLAR

10 min gəncəli Heydər Əliyevin portretini canlandırdı -

Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza «Ginnesin rekordlar kitabı»na salınması üçün qeydə alınıb.

Dünən gəncəli gənclər eks-prezident Heydər Əliyevin adını daşıyan meydanda onun canlı portretini və imzasını yaradıblar. H.Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər dünya rekorduna imza atıblar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.

Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq «Ginnesin rekordlar kitabı»na daxil ediləcək və sertifikat təqdim olunacaq.


10 min gəncəli Heydər Əliyevin portretini canlandırdı -
10 min gəncəli Heydər Əliyevin portretini canlandırdı -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
437 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...