Səfir açıqlama verdi: "Qəzaya ugrayan helikopterə mən də minəcəkdim"

Səfir açıqlama verdi: "Qəzaya ugrayan helikopterə mən də minəcəkdim"

Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.

Səfir APA-ya açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib: “Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”.

Səfir bildirib ki hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...