Əhəd Abıyev ingilis dilini öyrənir Olimpiyadaya gələcək qonaqlarla təmas üçün

Əhəd Abıyev ingilis dilini öyrənir

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ingilis dili öyrənir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən hazırda icra başçısı İcra Hakimiyyətinin binasında xidməti otaqlardan birində özü üçün ingilis dili otağı yaradıb. Rayonun tanınmış iki ingilis dil müəllimi isə həftənin 2-4-5-ci günləri başçıya inegilis dili öyrədirlər. Həftənin 6-cü günü istirahətdə olduğunu deyən başçı reqlamenti özü təyin edib. Məlumata əsasən Əhəd Abıyev orta məktəblərdə tədris olunan 1-ci siniflər üçün hazırlanmış dərslikləri başlayıb.

İcra başçısının bu təşəbbüsü bu yaxınlarda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı olaraq turistlər və qonaqlarla təmasda olmaq üçün atdığı söylənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...