General Ramiz Mehdiyevin qəbulunda

General Ramiz Mehdiyevin qəbulunda

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə də görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, R.Mehdiyevlə N.Patruşev milli və regional təhlükəsizliyin təmin edilməsi məqsədilə iki ölkənin Təhlükəsizlik Şurası aparatlarının qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinin vacibliyi məsələsini nəzərdən keçiriblər.

Görüşdə Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsi məsələsi də müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...