BDU-nun bəzi tələblərinin imtahan vaxtı vaxtı dəyişdi Avropa Oyunlarına görə

BDU-nun bəzi tələblərinin imtahan vaxtı vaxtı dəyişdi

"Bakı - 2015" Avropa Oyunlarına Bakı Dövlət Universitetindən qoşulan tələbələr qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi, media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi 250 müxtəlif vəzifəni yerinə yetirəcəklər.

BDU-nun mətbuat və informasiya şöbəsindən GUNDEMİNFO.AZ-a verilən xəbərə görə, könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilmiş yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək.

Yuxarıda qeyd edilmiş səbəblərdən imtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək iyun ayında onlar üçün imtahan təşkil olunmasını xahiş ediblər.

Qeyd edək ki, belə ərizə ilə müraciət etmək hər bir tələbənin şəxsi işidir, yəni tələbə imtahanlarda iştirak edə də bilər və bu hüquq BDU-nun 20000 tələbəsindən yalnız könüllülərə şamil edilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...