Mədəniyyət nazirliyi Ramiz Əzizbəyliyə yardım edəcəkmi?

Bu günlərdə mətbuatda xalq artisti Ramiz Əzizbəylinin səhhətinin yenidən pisləşdiyi və ona yardım lazım olduğu barədə məlumatlar yayıldı.
Xalq artisitinin müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılsa da yenidən ağır vəziyyətə düşdüyü bildirirlir.
Azərbaycanın tanınmış kinorejissoru və aktyoru ilə əlaqə saxlaya bilməsək də, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Xalq artistinin səhhəti ilə bağlı nazirlik tərəfindən hər hansı yardımın edilib-edilməyəcəyi barədə maraqlandıq.
Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xalq artistinə zamanında kifayət qədər yardım edilib və bu davam etməkdədir:
“Ramiz Əzizbəyli xalqımızın tanınmış aktyor və kino rejissorudur. Nazirlik hər zaman bu sənətkarı diqqət mərkəzində saxlayıb. Səhhəti ağırlaşan zaman nazirlik tərəfindən həm maddi, həm də mənəvi yardımlar göstərilib.
Lakin onun yenidən səhhətinin ağırlaşması ilə bağlı olan xəbərlər həqiqəti əks etdirmir. Əksinə, Ramiz müəllimin səhhəti getdikcə yaxşılaşmağa doğru gedir. Onun qızı da kinostudiyada işləyir və tez-tez atası barədə bizi məlumatlandırır. Əgər onun səhhətində hər hansı bir problem olsaydı ən birinci biz xəbət tutmuş olardıq”.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirdikdən sonra aktyor evə buraxılmışdı.
448 dəfə oxundu