İlham Əliyev 4 rektoru işdən çıxardı

İlham Əliyev 4 rektoru işdən çıxardı


Ağacan Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq sərəncam Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Prezidentin bu gün imzaladığı digər sərəncamlarla Səməd Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlı isə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifələrindən azad edilib. Prezident İlham Əliyev həmçinin Əhliman Tapdıq oğlu Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...