YAP-dan Rusiya təyyarəsinin vurulmasına – Münasibət

YAP-dan Rusiya təyyarəsinin vurulmasına –


“Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra olan gərginlik Azərbaycana ciddi təsir etməyəcək. Çünki Azərbaycan həmin problemin iştirakçısı deyil”.

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. O, bildirib ki, Azərbaycan hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına çalışır: “Hər iki ölkə ilə Azərbaycanın sıx dostluq münasibətləri var. Dostlarımızın bir-biri ilə kəskin düşmən vəziyyətinə gəlməsi heç də xoşa gələn məsələ deyil. Azərbaycan öz tərəfindən bu iki ölkə arasındakı gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək. Türkiyə və Rusiya regionun lider dövlətləridir. Onlar dünyada gedən proseslərə ciddi təsir etmək imkanına malik ölkələrdir. Son vaxta qədər onlar arasında çox sıx dostluq əlaqələri var idi. Təyyarənin vurulması məsələsi onlar arasındakı məsələni kəskinləşdirdi. Ümumilikdə, bu hadisə lider anlamlı bir problem ortaya çıxarda bilər. Həmçinin regionda gərginliyin və vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan hər iki ölkə arasındakı gərginliyin minimuma endirilməsi lazımdır. Azərbaycan da bu istiqamətdə mümkündür ki, öz addımlarını atsın”.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan iki dost ölkəni diplomatik vasitəçilik və tərəflər arasındakı gərginliyə səbəb ola biləcək addımlardan çəkindirəcək: “Hər iki tərəf bizim üçün dostdur. Bu baxımdan Azərbaycan hər iki ölkə ilə münasibətlərinin yenidən yaxşı olmasına çalışır. Hesab edirəm ki, bu tip məsələlərdə günahkar və ya haqlı axtarmaq düzgün deyil. Hər iki dövlət dünyada təhlükəsizliyin qorunmasında məsuliyyətlidir. Bu səbəbdən hər iki tərəf vəziyyəti bu həddə çatdırmamalı idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...