İrəvanda xüsusi əməliyyat: terror planlaşdıran qrup məhv edildi

İrəvanda xüsusi əməliyyat:


Ermənistanın Milli Təhlükəsizlik Xidməti və polis təpədən-dırnağa qədər silahlanaraq İrəvanda terror planlaşdıran 10 nəfərlik dəstəni zərərsizləşdirib. Virtualaz.org saytı "Novosti Armreniya"ya istinadən bildirir ki, əməliyyat zamanı paytaxtın Nork-Maraş administrativ dairəsindəki 9-cu küçədəki şəxsi evlərdən birində böyük sayda silah və sursat aşkar olunub.

Məlumata görə, tərksilah edilənlər müasir silahlar , partlayıcılar əldə edərək Ermənistan paytaxtında terror aktları həyata keçirməyi planlaşdırıblar. Saxlanılanlar arasında 3 əcnəbi qızın olduğu da bildirilir. Məlumatda həmçinin vurğulanır ki, qrupu son vaxtlar xaricdə yaşayan Ermənistan vətəndaşı Artur Vardanyan 2015-ci ildə İrəvana qayıdanda yaradıb və ona rəhbərliyi də o özü edib. Əməliyyat zamanı A.Vardanyan da tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...