MTN-in qadın generalı haqda qərar

MTN-in qadın generalı haqda qərar


Nazirliyin daha bir əməkdaşı axtarışa verilib. Dünən Baş Prokurorluğun yaydığı məlumatda Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin törətdiyi cinayət əməllərinə görə nazirliyin 19 vəzifəli əməkdaşının həbs edildiyi bildirilirdi. Bundan başqa MTN-in yüksək vəzifə tutmuş 1 əməkdaşı barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən şəxs MTN-nin Əməliyyat Texniki idarəsinin keçmiş rəisi, general-mayor Natavan Mürvətovadır.

Qeyd edək ki, MTN işi ilə əlaqədar nazirliyin istintaqdan yayınan 1 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...