"TIR-larımıza heç bir hücum olmayıb" - Türkiyədən açıqlama

"TIR-larımıza heç bir hücum olmayıb" -


Rusiya qırıcılarının Suriyaya humanitar yardım aparan Türkiyə TIR-larını vurması barədə yayılan xəbərlər doğru deyil.

Axar.az xəbər verir ki, bunu “Anadolu Agentliyi”nə İnsan Haqq və Azadlıqları Humanitar Yardım Təşkilatının (İHH) baş katibi Yavuz Dədə deyib. O, hücumun Suriyada ticarət məqsədi ilə fəaliyyət göstərən TIR-lara edildiyini bildirib: “Çox açıq və dəqiq şəkildə bildirirəm. Türkiyədən Suriyaya gedən humanitar yardım TIR-larımıza heç bir hücum olmayıb. Hadisə yerindən bizə verilən məlumata görə, hücum ticarət məqsədi ilə fəaliyyət göstərən TIR-ların olduğu yerə edilib. Hücumdan sonra bizim təcili yardım əməkdaşlarımız hadisə bölgəsinə gedərək xilasetmə işlərinə qoşulub. Çox güman ki, həmin ərazidə bizim əməkdaşlarımız göründüyü üçün Türkiyə TIR-larının vurulması xəbəri yayılıb. Yenə təkrar edirəm: TIR-larımıza heç bir hücum olmayıb”.

Qeyd edək ki, ötən gün Suriyanın Hələb şəhərindəki qaçqınlara humanitar yardım aparan Türkiyə TIR-larının Rusiya qırıcıları tərəfindən vurulması barədə xəbərlər yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...