Azərbaycanın Fransaya təqdim etdiyi siyahı: orada kimlərin adı var?

Azərbaycanın Fransaya təqdim etdiyi siyahı:


Azərbaycan Fransaya Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən ölkə şirkətlərinin siyahısını təqdim edib. Trend-in məlumatına görə, siyahı Bakıda keçirilən Azərbaycan-Fransa işgüzar görüşü çərçivəsində Fransanın Mərkəzsizləşdirmə, Dövlət İslahatları və Dövlət Qulluğu Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Valliniyə təqdim edilib.

Dövlət katibinə, həmçinin işğalçı rejimlə qanunsuz xartiya imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı təqdim edilib.
A.Vallini qeyd edib ki, təqdim edilmiş məlumat Fransa hökumətinin diqqətinə çatdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...