Rus pilotun cəsədi Türkiyəyə gətirildi

Rus pilotun cəsədi Türkiyəyə gətirildi


Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cəsədi Suriyadan Türkiyəyə gətirilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, pilotin cəsədi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.
Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskva ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...