Rusiya qırıcısı daha bir dövlətin sərhədini pozdu

Rusiya qırıcısı daha bir dövlətin sərhədini pozdu


"Səhv nəticəsində rus pilot 1 mil (1,6 km-red.) İsrailin hava məkanına daxil olub. Şəraiti tənzimləmək üçün iki ölkənin hərbçiləri fəaliyyətə keçiblər". Milli.Az "RİA Novosti"yə istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Moşe Yaalon deyib. Nazir bildirib ki, Rusiyanın Suriyadakı aviaqrupuna məxsus təyyarə Qolan təpələrindəki hava məkanına daxil olub, sonra isə salamat şəkildə geri qayıdıb.

"Onunla dərhal əlaqə yaratdıq, o da dərhal istiqamətini dəyişərək Suriyaya qayıtdı" - deyə nazir "Kol İsrael" radiosunun efirindən bəyan edib. "Rus təyyarələri bizə zərbə endirməyə hazırlaşmırlar, ona görə də onları avtomatik olaraq vurmağa ehtiyac yoxdur" - Yaalon deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...