Moskvada Ərdoğanı “dəfn etdilər" - FOTOLAR

Moskvada Ərdoğanı “dəfn etdilər" -


Rusiyanın “Rodina” Partiyasının gənclər qanadının fəalları Türkiyənin Moskvadakı səfirliyinin qarşısında icazəsiz piket keçirib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, gənclərin aksiyası orijinal və gözlənilməz olub. Belə ki, 7-ci Rostov döngəsində qəfildən yük maşını dayanıb. Gənc fəallar maşının yük yerindən qırmızı rəngli tabut çıxarıblar. Tabutun içində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cəsədini simvolizə edən kukla olub.

“Biz Türkiyə hakimiyyətindən vurulan Su-24 təyyarəsinə görə cavab tələb edirik. Ona görə də biz yalançı Ərdoğanı dəfn edirik. Bununla da Rusiyada həmrəyliyin olduğunu göstəririk” - deyə aksiyanın təşkilatçılarından olan V.Laktyuşin bildirib. Moskva polisi piketin qarşısını alıb. Təşkilatçılar isə polis bölməsinə aparılıb.


Moskvada Ərdoğanı “dəfn etdilər" -
Moskvada Ərdoğanı “dəfn etdilər" -
Moskvada Ərdoğanı “dəfn etdilər" -
Moskvada Ərdoğanı “dəfn etdilər" -
Moskvada Ərdoğanı “dəfn etdilər" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...