Kərəm Həsənov ziyalıları təhqir etdi - rüşvətxor məmura "prafessor" dedi və… VİDEO
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov komitədə kadr islahatları keçirməyə çalışır.
AZXEBER.COM xəbər verir ki, vətəndaşların Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlı Prezident Administrasiyasına göndərdikləri şikayət mətublarından sonra yuxarılar tərəfindən danlanan Kərəm Həsənov yeni kadr islahatlarına start verib.
Komitə sədri ilk növbədə bir müddət bundan öncə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad etmişdi. Əldə etdiyimiz məlumata görə, komitə sədri “əsas pulyığan”ını vəzifədən uzaqlaşdırmağa məcbur olub. Buna səbəb Məhəmməd İmanovun qanunsuzluqları haqqında artıq ölkə rəhbərliyinə məruzə edilməsi və onun adının eyni zamanda “MTN işi”ndə hallanmasıdır.
Məhəmməd İmanov
Kərəm Həsənov məhz “MTN işi” olaylarından çamursuz qurtulmaq üçün əsas adamını qurban verməyi gözə alması onu yeni islahatlara getməyə vadar edib.
Təbii ki, ölkədə ən çox əhali arasında narazılığa səbəb olan qurumlar arasında ilk sıralarda duran Əmlak Məsələləri Dövlət Komitəsində demək olar ki, hansısa bir hüquqi sənədin alınması rüşvətsiz müşkülə çevrilib. Bu rəyi həm yuxarıların gözündə, həm də əhali arasında yox etməyə çalışan komitə sədri bölgələrdə görüşlərə start verib.
Görüşlərdə çoxsaylı şikayətlərlə üzləşən Kərəm Həsənov heçnədən xəbəri yoxmuş kimi kiçik məmurları qurban verərək öz statusunu gücləndirməyə çalışır.
Belə görüşlərdən biri də ötən gün Göyçayda keçirilib. Vətandaşlardan biri qəbul zamanı o qədər dolaşıq bir məsələdən danışıb ki, kənddəki müəyyən qədər torpaq sahəsinin oxşar adlar arasında dəyişik düşdüyü ortaya çıxıb.
Vəziyyətin tragikomikliyi Kərəm Həsənovu qəzəbləndirib və o bu işdə məsul olan komitənin yerli nümayəndəsinə “Nə məsələdi sən bilərsən professor?” deyə ironik sual ünvanlayıb.
Təbii ki, komitə sədrinin vəzifəsini doğru icra etməyən bir məmura ziyalı şəxslərin ən ali titullarından biri olan statusla müraciət etməsi sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb.
İstafadəçilərin bəziləri Kərəm Həsənovun “professor” sözü ilə müəllimləri və ziyalı şəxsləri təhqir etdiyini qeyd ediblər.
Həmin görüntüləri bir daha təqdim edirik:
VİDEO BURADA
1692 dəfə oxundu