Davudoğludan sərt çıxış: “Yenə vurarıq”

Davudoğludan sərt çıxış:

“Türkiyə İŞİD-dən neft alır” kimi əsassız ittihamlarla hava məkanımızın pozulmasını ört-basdır etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Şimali Kiprə səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Davudoğlu Türkiyə sərhədlərinin qorunmasının ən ali vəzifələri olduğunu bildirib:

“Türkiyə heç bir zaman gərginliyin tərəfində olmayıb. Rəsmi Moskva bunu bilməlidir ki, Türkiyə qırıcıları Rusiyanın hava sərhədlərini pozmayıb. Hava məkanımıza təkrar-təkrar girən rus qırıcı və bombardmançılarına göz yuma bilməzdik. Pilotlarımız lazım olanı etdilər. “Türkiyə İŞİD-dən neft alır” kimi əsassız ittihamlarla hava məkanımızın pozulmasını ört-basdır etmək mümkün deyil. Biz Rusiyaya yenidən çağırış edirik. Gəlin, oxşar hadisələrin baş verməməsi üçün hərbi ünsiyyət kanalları açaq və daha böyük olayların qarşısını alaq. Rusiya bilməlidir ki, Türkiyə Silahlı Qüvvələrinə verdiyimiz “vur” əmri bu gün də qüvvədədir, sabah da olacaq. Hava, quru və dəniz sərhədlərimizin qorunması ən ali vəzifəmizdir və lazım olanı hər zaman edəcəyik”.

Qeyd edək ki, Türkiyə noyabrın 24-də Suriya istiqamətində sərhədlərini pozduğu üçün Rusiyanın Su-24 bombardmançısını vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...