"Atam deyir ki, bilsəydim, sənə atamın adını qoymazdım" - Tolik (VİDEO)

"Atam deyir ki, bilsəydim, sənə atamın adını qoymazdım" -


"Elə bil, yolu azıb, düşüblər şou-biznesə"; "Bir gün xəbəriniz olacaq ki, 1 övladım var"; "Natavanın anasına "bağışla" deyəcəm"
Tanınmış prodüser Tolik (Tarix Əliyev) Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Tamşaçılardan gələn sualları cavablandıran prodüser şou-biznes nümayəndələrini sərt tənqid edib:

"Şou-biznesdə elə insanlar var ki, məndən narazıdırlar, bəzilərini də mən sevmirəm. Elələri var ki, təsadüfən şou-biznesə gəliblər. Elə bil, yolu azıb, düşüblər şou-biznesə. Mən də belələrindən narazıyam"

Prodüser sənətə başlamağından və Röya ilə ilk tanışlığından danışıb:

"Mən 2-3 illik Almaniyaya getmişdim. Orada Dünya Azərbaycanlıları Konqresində İlhamə Quliyeva ilə tanış oldum, onun dəvəti ilə Bakıya gəldim. Bakıda keçirilən mükafatlandırma mərasimində bir qız gördüm, kepkada, cırıq cinsdə. O xanım Röya imiş, o vaxt Röyanı tanımırdım. İlhamə xanım məni Röyaya bacısıoğlu kimi təqdim elədi, tanış olduq. Bir ay sonra Nabranda Röya konsert verirdi, mən də orada idim. Röya məni gördü, dedi ki, mən səni tanıyıram, sən İlhamə xanımın bacısıoğlusan. Onda mənim adım Tolik də deyildi, hamı məni Tarix kimi tanıyırdı. Tolik adını mənə Röya verib. Röya ilə dostlaşdıq. Röyanın prodüseri xalasıqızı idi, o xanım sevgilsi ilə qaçdı, evləndi. Röya prodüsersiz qaldı, mən onun işlərini görməyə başladım. Beləliklə də, Tolik oldum".

Prodüser ailə qurmama səbəbini açıqlayıb:

"Bəziləri kimi reklam xətrinə ailə qurmaq istəmirəm. El gözünə görə bu addımı atmaq istəmirəm. Ailə qursam, bir gün xəbəriniz olacaq ki, 1 övladım var. Ailə qurduğumu heç kim bilməyəcək. Məni belə qəbul eləsinlər".

Tolik, "Azərbaycanda prodüser məktəbi açmaq fikriniz varmı" sualını belə cavablandırıb:

"Mən başımdan yekə iş görmərəm. Azərbaycanda sayılıb-seçilən prodüserlər var ki, onlar mənim üçün hər zaman məktəbdir. Mən onların yanında belə bir təşəbbüs irəli sürə bilmərəm, bu mənə yaraşmaz".

Məşhur prodüser məhkəməlik olduğu Natavan Həbibi ilə necə barışdığını da açıqlayıb:

"Mən üzr istəməyi bacarıram, amma baxır kimdən. Əgər o üzrü "Tolik məndən qorxdu" deyə qəbul edərsə, o adamdan heç vaxt üzr istəmərəm. Məsələn, bu gün mən Natavan Həbibi ilə barışmışam. Qərib bir ölkədə barışdıq. İndi də bir yerdə otururuq, görüşürük, o səmimiliyi hiss edirəm. Natavanın anası ilə qarşılaşsam, üzr istəyəcəyəm. Deyəcəyəm ki, sənə böyük stres yaşatdığım üçün bağışla. Bu normal bir şeydir, əksiklik, yaxud qorxaqlıq deyil".

Prodüser öz adının fərqliliyindən danışıb: "Atam deyir ki, bilsəydim sənə atamın adını qoymazdım. Zarafatla deyir bunu. Adım şou-biznesdə fərqlidir. Ona görə də tarixdə qalacağam".





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...