Bir dövlət qurumu deyir "köçkün deyil" icra hakimiyyəti deyir "kökündür"

Bir dövlət qurumu  deyir "köçkün deyil"


Ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünün olması faktdır. Eyni zamanda 20 ildən artıq davam edən Dağlıq Qarabağ savaşı nəticəsində də minlərlə vətəndaşımız şəhid, ya da əlil olub. Sözümüzün canı odur ki, hər iki problemdən istifadə edən bəzi vətəndaşlarımız tamahkar məmurların köməkliyi ilə özlərinə saxta qaçqın, hətta müharibə veteranı statusu alırlar. Bu isə illər boyu dövlətin pullarını mənimsəmək və güzəştlərdən qanunsuz olaraq istifadə deməkdir. Qafqaznews.az-a daxil olan məlumat da bu problemdən bəhs edir. Konkret olaraq qeyd edək ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin yanında məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün Mikaylıov Əli Qənbər oğlunun 2 dövlət quurmuna göndərdiyi sorğuya bir-birnə zidd olan 2 cavab gəlib.

Əli Mikayılov Qaçqın və Məcburi Koçlünlərilə iş üzrə Dövlət Komitəsinə göndədiyi sorğuda vətəndaş İbrahimova Şəhla Əmrah qızının məcbcuri köçkün olmadığı halda bu statusadan istifadə, hətta sui-istifadə etdiyini bildirib. Komitənin 10.11.2015-ci il tarixli, Məskunlaşma, Miqrasiya Məsələləri və Status şöbəsinin müdir müavini Cövdət Mehdixanlının ( tel. 4-31-61-81 ) imzası ilə verdiyi rəsmi cavabdan bəlli olur ki, İbrahimova Şəhla Əmrah qızı məcburi köçkün deyil. Eyni məzmunlu sorğuya Abşeron RİH qaçqın şöbəsindən Vidadi İsayev cavab verib ki, İbrahimova Şəhla Əmrah qızı məcburi köçkündür. Sözün düzü, 2 dövlət qurumunun ziddiyətli cavablar verməsi bu sahədə xeyli “ölü canlar”ın olduğunu sübit edir. Ortada isə bəzi məmurlar və vətəndaşlar qazanır. İtirən isə dövlətdir. Yazıda adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
239 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...