İran deputatından təxribatçı Nardaran çağırışı: "Fəallaşın"

İran deputatından təxribatçı Nardaran çağırışı:


İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə, İran hakimiyyətinə bağlı iran.ru agentliyi məlumat yayıb.

M.Həqiqətpur birmənalı olaraq belə deyib: “Azərbaycanın hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır”. Komissiya sədrinin müavini onu da bildirib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.

Qeyd edək ki, ekspertlərin mütləq əksəriyyəti Nardaran hadisələrinin arxasında “İran izləri”nin olduğunu təxmin edir. İranın yüksək rütbəli məmurlarından birinin bu ölkənin hökumət saytında yayılmış bəyanatı isə bir daha sübut edir ki, rəsmi Tehranın əsasən islamçı ekstremistlərin nəzarətində olan bu qəsəbədə baş verənlərdə, burada gərginliyin artmasında iştirakı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...