Hökumət qərar verdi: Bu qurumlarda dəyişiklik oldu - SİYAHI

Hökumət qərar verdi: Bu qurumlarda dəyişiklik oldu -


Dövlət Statistika Komitəsində struktur islahatı aparılır. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edib. Qərara əsasən Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yaradılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli qərarı ilə Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar sırasında Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi, Dövlət Statistika Komitəsinin Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzi və Dövlət Statistika Komitəsinin Tədris Mərkəzi yer alıb. Dəyişikliyə əsasən bunlar ləğv edilir və yeni yaradılan Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi ilə əvəzlənir. Struktur dəyişikliyi ilə bağlı Dövlət Statistika Komitəsinə Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

***

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunu və işçilərinin say həddini təsdiq edib.

Məlumata görə, AMEA-nın strukturuna AMEA Rəyasət heyətinin Aparatı və AMEA-nın büdcədən maliyyələşdirilən elmi müəssisələri, Naxçıvan bölməsinin Aparatı, Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr, Gəncə bölməsinin Aparatı, Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr, Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri daxildir.

AMEA-nın büdcədən maliyyələşdirilən elmi müəssisələrinə Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Təbiət Tarixi Muzeyi, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Eroziya və Suvarma İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Lənkəran Regional Elmi Mərkəzi, Şəki Regional Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, "Elm” Nəşriyyatı daxildir.

Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondudur. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr isə Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutu, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Nəbatat Bağı və Nizami Gəncəvi Mərkəzidir.

AMEA-nın təsərrüfat-hesablı elmi xidmət müəssisələri isə Təcrübə-Sənaye Zavodu, "Kibernetika” Elmi İstehsalat Birliyi, "Nafta” Elmi İstehsalat Birliyi, "Aşqar” Elmi İstehsalat Birliyi, "Kompozit” Elmi İstehsalat Birliyidir.

Qərara əsasən AMEA -nın büdcədən maliyyələşdirilən işçilərinin say həddi 11200 ştat vahidi təsdiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...