İlk Avropa Oyunları hansı kanallarda canlı yayımlanacaq?

İlk Avropa Oyunları hansı kanallarda canlı yayımlanacaq?

Dünyanın 50-yə yaxın ölkəsinin televiziyaları ilə müqavilə bağlanıb

Beynəlxalq idman aləmində mühüm hadisə kimi tarixə düşəcək Bakı 2015 Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb.
12-28 iyun tarixlərində həyata keçəcək ilk Avropa Oyunlarında Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə çox maraqlı və innovativ yarışlarların keçirilməsi gözlənilir.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimləri və yarışlar dünyanın bir çox ölkələrində canlı olaraq yayımlanacaq. Bununla əlaqədar olaraq Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi bir neçə Avropa ölkəsi ilə əsas yayım sazişləri imzalayıb. Onlar Türkiyənin “NTV spor” , Fransanın “L’Equipe 21”, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Sloveniya” və Portuqaliyanın ödənişli “Sport TV”kanallarıdır. Ən son isə Böyük Britaniya ilə müqavilə imzalanıb. Nümayişi isə BT Sport idman agentliyi öz üzərinə götürüb. Televiziya şəbəkəsində, həmçinin, “Bakı 2015” Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq.

Ümumilikdə isə məlumata görə ilk Avropa Oyunlarının yayımlanmasının təşkili üçün artıq 50-yə yaxın ölkələrlə müqavilə bağlanıb. Bunlar ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Avropa, Latın Amerikası və körfəz ölkələridir. Oyunlar gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində qeyd edilən kanallar və onların veb-saytı və mobil platformaları vasitəsilə yayımlanacaq.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə yarışlar dünyanın 74 ölkəsində canlı yayımlanacaq.

Bəs görəsən Bakı 2015 Avropa Oyunlarının canlı yayımlanmasında milli televiziyamızın hansı kanalları iştirak edəcək?

Bununla bağlı olaraq “Yeni Müsavat”ın əməkdaşı Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədova müraciət edib. Lakin məsələ ilə əlaqədar Toğrul Məmmədov əməkdaşımıza heç bir məlumat verməyib.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, 4-ü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı yarış müddətində öz ölkələrini təmsil edəcəklər.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...