İlham Əliyev siyasi məhbusun azadlığa çıxmasına necə kömək edib...

Belarus prezidentliyinə keçmiş namizəd və keçmiş siyasi məhbus Nikolay Statkeviç azadlığa buraxılmasında Azərbaycan prezidenti İlham Əliyevin də rolunun olduğunu bildirib.
Virtualaz.org saytı xəbər verir ki, Statkeviç bu haqda noyabrın Sosialist İnternasionalının noyabrın 27-28-də Anqolanın paytaxtı Luandada keçirilən konfransındakı çıxışında bildirib. Məlumatı Belarus müxalifyönünli KİV-ləri yayıb.
Çıxışında Anqola hakimiyyətini siyasi məhbuslar saxladığına görə tənqid edən Statkeviç bildirib ki, onun özünün azadlığa buraxılmasında Sosinternin dəstəyi olub. Statkeviçin rəhbəri olduğu sosial-demokrat “Narodnaya Qramada” partiyası bu təşkilata üzv qəbul edilib.
“Mən həbsdə olanda Sosintern mənə kömək etməyə çalışıb, müxtəlif qətnamələr qəbul edib, partiyamızın nümayəndələrini öz toplantılarına dəvət edib. Mən özüm Sosinternin MDB, Qara dəniz və Cənubi Qafqaz ölkələri üzrə daimi komitəsinin üzvüyəm. Təşkilatın baş katibi Luis Ayala mənim həbsimdən sonra Belarusa gələn ilk xarici siyasətçi idi. Mənim informasiyama görə, o, hətta Azərbaycan prezidenti İlham Əliyevin vasitəsilə bizim prezidentə çıxmağa çalışıb.
Luis özü Çilidəndir, o, Pinoçet dövründə həbsdə olub. O, ekzotik variant təklif edib, məni hansısa müddətə Çiliyə aparmaq təklifini Belarus prezidentinə çatdırıb”- deyə Statkeviç bildirib.
Sosialist İnternasionalın baş katibi Luis Ayala bu il iyunun 27-də Bakıda səfərdə olub və prezident İlham Əliyevlə görüşüb.
Ehtimal olunur ki, Statkeviçin azadlığa buraxılmasına kömək xahişini də məhz onda edib. Bundan təxminən bir ay sonra Aleksandr Lukaşenko Statkeviçi azad etmişdi.
675 dəfə oxundu