"Türkləri peşman edəcəm" Putin canlı yayımda danışır

Türklərin qırıcımızı niyə vurduğunu anlamıram. Bunu niyə etdiklərini Allah bilir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.
“İraq, Liviya, Suriya hazırda anarxiya bölgələridir və bütün dünya üçün təhlükə təşkil edir. Terroru yalnız bir ölkənin yardımı ilə məğlub etmək mümkün deyil. Xüsusilə sərhədlər açıq olduğu və insanlar köç etdikləri halda. Qeyri-qanuni neft biznesindən gələn pulun Türkiyədə kimlərin cibinə getdiyini bilirik. Türk xalqı yaxşı və çalışqandır. Türk xalqı bizim keçmiş dostumuzdur.
Türkiyədə Rusiyanın çox köhnə və güvəndiyi dostları var. Bilməlidirlər ki, biz onları Türkiyə rəhbərliyi ilə bir tutmuruq. Türklərin qırıcımızı niyə vurduğunu anlamıram. Bunu niyə etdiklərini Allah bilir. Allah Türkiyə rəhbərliyinin ağlını başlarından alaraq onları cəzalandırdı. Bombardmançımızın vurulmasında Türkiyə rəhbərliyi günahkardır. Bunu heç vaxt unutmayacağıq. Bunu etdiklərinə peşman olacaqlar. Türkiyə mövqeyimizin sırf iqtisadi sanskiyalarla bitəcəyini düşünürsə, yanılır”, - Putin bildirib.
661 dəfə oxundu