Taleh Bağırovun müavininin evindən silah çıxdı

Taleh Bağırovun müavininin evindən silah çıxdı


Noyabrın 6-da 30 sutka inzibati həbs cəzası alan Elçin Qasımov “Müsəlman Birliyi” hərəkatının fəal üzvü olub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyinin saytında məlumat yayılıb. Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Xatırladaq ki, E.Qasımov hərəkatın sədri Taleh Bağırzadənin müavini olub. Nardaranda polislərlə dindarlar arasında qarşıdurma zamanı “Müsəlman birliyi” hərəkatının sədri Taleh Bağırzadə həbs olunub. İnsident zamanı 2 polis, 4 nəfər silahlı şəxs ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...