Türkiyə tankları Şimali İraqa göndərildi VİDEO

Türkiyə tankları Şimali İraqa göndərildi


“Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başiqa bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib.

Daha əvvəl 80-90 olan bölgədəki türk əsgəri sayı 138-ə çatdırılıb. Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçilərinin sayının ən azı 300 nəfər olduğu bildirilir.

Türkiyə tankları Şimali İraqa göndərildi


Hərbi mənbələrin yaydığı məlumata görə, Başiqadakı hərbi düşərgədə dəyişiklik 2 gün əvvəl həyata keçirilib. Paytaxt Ankarada keçirilən təhlükəsizlik şurasının iclasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Başiqa düşərgəsinin İŞİD mövqelərinə yaxın olduğunu bildirərək bu yerdə türk hərbçilərinin sayının artırılmasını təklif edib.

Hökumət rəsmiləri Baş Qərargah rəisinin təklifini məqbul hesab edib. Dəyişiklik barədə Suriyada və İraqda İŞİD-lə havadan mübarizə aparan koalisiya qüvvələrinə də məlumat verilib. Türkiyə hərbi düşərgəsindəki dəyişiklik quru yolu ilə, yüksək təhlükəsizlik tədbirləri altında zirehli maşınlarla həyata keçirilib.
Hərbi mənbə türk əsgərlərinin sayının çoxaldılması ilə təbii olaraq bölgədə yetişdirilən peşmərgə sayının da çoxalacağını bildirib.
2014-cü ilin iyununda İŞİD silahlıları Mosulu ələ keçirmiş və bu şəhərdəki Türkiyə konsulluğunun əməkdaşlarını girov götürmüşdü. Uzun müddət davam edən danışıqlardan sonra girovlar Türkiyəyə qaytarılmışdı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...