Beynəlxalq Bank işinə görə tutulan iş adamı hələ də xəstəxanadadır

Beynəlxalq Bank işinə görə tutulan iş adamı hələ də xəstəxanadadır


“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan “City Developer” MMC-nin həbsdə olan direktoru Ratmir Bəkirov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.

Bu barədə "Report"a R.Bəkirovun vəkili məlumat verib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyəti normaldır, amma əməliyyata ehtiyacı var. Lakin hələlik əməliyyat olunmayıb. Qeyd edək ki, R.Bəkirov noyabr ayının əvvəlində səhhətində yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Həmin ayını 20-də Nərimanov Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. O, fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Xatırladaq ki, R.Bəkirovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...