Neft 2009-cu ildən bəri belə ucuz olmamışdı - 37 dollara düşdü

Neft 2009-cu ildən bəri belə ucuz olmamışdı -


Bu gün beynəlxalq bazarda Brent markalı neftin qiyməti 2009-cu ildən bəri ilk dəfə olaraq 42 dollardan aşağı düşüb.

2016-cı ilin yanvarı üçün nəzərdə tutulan fyüçers müqavilələri 42 dollardan aşağı qiymətə bağlanmağa başlayıb. Sonuncu dəfə neft 2009-cu ilin martında bu cür ucuz olub. Brent nefti Bakı vaxtı ilə 21:00-da 41,11 dollardan satılıb. Brent nefti 4,6%-ə yaxın ucuzlaşıb.

ABŞ xam nefti isə 5,3% ucuzlaşaraq 37,97 dollara düşüb. Neftin qiymətinin aşağı düşməsi Rusiya rublunun daha da zəifləməsinə səbəb olub. Moskva birjasında dolların kursu 69 rublu keçib, avronun kursu isə 75 rubla yaxınlaşıb. Analitiklər, ötən cümə günü keçirilmiş OPEC-in 168-ci Nazirlər Toplantısında istehsalın azaldılmamasına dair bir qərar çıxmaması səbəbindən neftin ucuzlaşdığını bildirirlər. Hasilat azaldılmadığından bazarda neft bolluğu yaranıb. Neftə tələb isə təklifdən azdır.

Brent neftin barelinin qiymətində 42 dollar səviyyəsinin dəstək mövqeyində olduğunu bildirən analitiklər, qiymətin bu səviyyədən aşağı düşməsi vəziyyətində 39 dollar səviyyəsinin gündəmə gələ biləcəyini proqnozlaşdırırdılar. Qeyd edildiyi kimi, artıq neft 41 dollara düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...