Rusiya və Qazaxıstan hərbi gəmiləri itkin neftçilərin axtarışına qoşulacaqmı?

Rusiya və Qazaxıstan hərbi gəmiləri itkin neftçilərin axtarışına qoşulacaqmı?

SOCAR-ın Xəzərdəki “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş və hələ də davam edən yanğın zamanı itkin düşən neftçilərin axtarışı davam etdirilir. Hələlik Azərbaycan tərəfi axtarış əməliyyatları üçün digər Xəzəryanı ölkələrdən köməyə qüvvə göndərilməsini xahiş etməyib və əməliyyatları öz qüvvəsi ilə aparır. Bununla belə sahilyanı ölkələrin müvafiq xidmətlərindən xahiş edilib ki, güclü axının cəsədləri Xəzərin Rusiya, İran , Türkmənistan və Qazaxıstan sektorlarına apara biləcəyini nəzərə alaraq onlar da öz ərazilərində nəzarəti gücləndirsinlər.

Virtualaz.org xəbər verir ki, bu gün Qazaxıstanın Xəzər sahilində yerləşən Manqistau vilayətinin hakimi Alik Aydarbekov “Günəşli” yatağındakı platformada baş vermiş yanğınla bağlı müşavirə keçirib. Müşavirədə səlahiyyətli dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

Müşavirədə bildirilib ki, hazırda Qazaxıstanın yerli hakimiyyət orqanları Azərbaycan tərəfi ilə əlaqə yaradıblar və zəruri köməyin göstərilməsinə hazır olduğunu çatdırıblar. Manqistau vilayətinin hakiminin müavini Anuar Çujequlov deyib ki, Azərbaycan tərəfinin razılığı alınarsa Qazaxıstanın Xəzər donanmasının və sahil mühafizə xidmətinin hərbi gəmiləri itkin düşmüş neftçilərin axtarışına qoşulacaq. “Manqistau vilayətinin fövqəladə situasiyalar departamentinin qüvvələri, sahil mühafizə xidməti, Aktau beynəlxalq dəniz ticarət limanının qüvvələri hazırlıq vəziyyətinə gətirilib”-hakimin müavini deyib.

Rusiya və Qazaxıstan hərbi gəmiləri itkin neftçilərin axtarışına qoşulacaqmı?


Xəbər verildiyi kimi dekabrın 7-də Rusiyanın Xəzər donanması dənizdə irimiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə 50-yədək hərbi gəmi və təchizat gəmiləri, o cümlədən donanmanın flaqmanı olan “Dağıstan” raket gəmisi iştirak edir. Təlimlər bir neçə gün davam edəcək. Azərbaycan tərəfinin bu təlimlər çərçivəsində Rusiya hərbi gəmilərindən itkin düşmüş neftçilərin axtarışına dəstək vermək barədə xahiş etməsi də yerinə düşərdi. Çünki hava proqnozuna əsasən sabahdan Bakı və Apşeron yarımadasında yenidən güclü külək başlayacaq. Bu isə o deməkdir ki, Xəzərdə axtarış əməliyyatları çətinləşəcək. Hələlik itkin düşmüş neftçilərdən cəmi 6-nın cəsədləri tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...