Sabah dolu düşəcək: Bakıda yağış yağacaq, külək əsəcək

Sabah dolu düşəcək:

Azərbaycanın bəzi ərazilərinə dolu düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq. Xatırladaq ki, mayın 13-də Şabran və Quba rayonunun bəzi yaşayış məntəqələrinə dolu yağıb. Dolu təxminən 15 dəqiqə davam edib. Yağıntı qısamüddətli olduğundan bağlara və təsərrüfatlara ziyan dəyməyib.

Qeyri-sabit hava şəraitinin mayın 15-nə kimi davam edəcəyi proqnozlaşdırılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...