Sahibkardan 5000 manat istədilər, vermədi, obyektini sökdülər

Sahibkardan 5000 manat istədilər, vermədi,


Masallıda Gülsarə Abbasovanın iaşə obyekti rayon İcra Hakimiyyətinin rəsmilərinin təlimatı əsasında, qanunsuz olaraq sökülüb. GUNDEMİNFO.AZ xəbər verir ki, BTV-yə danışan Gülsarə xanımın sözlərinə görə,obyektinin sökülməsinə razılıq verməyib.

Lakin icra başçısı Rafil Hüseynov və onun 1-ci müavini Nadir Abıyev bildirib ki, narahatçılığa heç bir əsas yoxdur. Bunu belə əsaslandırıblar ki, obyekt sökülsə də, yerinə yenisi tikilib, təhvil veriləcək. Lakin verilən vədə əməl edən olmayıb.

Şikayətçi BTV-yə bildirib ki, söküntüdən əvvəl onunla bazarlıq etmək istəyiblər. “Nadir Abıyev söküntü işləri aparılmamışdan əvvəl mənə dedi ki, 5000 manat verəcəyim təqdirdə, obyekt sökülməyəcək. Bunların məqsədi mənim obyektimi əlimdən almaq idi. Ya da pul qoparmaq. Pul ala bilməyəndə, obyektimi sökdülər”.

Xatırladaq ki, Masallı rayonunda yerli iş adamlarının başına belə oyunlar mütəmadi olaraq açılır. Məsələn, hələ bir neçə il əvvəl Ərkivan yolunun üzərində yerləşən təndirxnalar və sexlərin sahiblərinə “yolu genişləndiririk” bəhanəsi ilə “xox” gəlmişdilər. Həmin vaxt iş adamlarından obyektlərinin sökülməməsi müqabilində 10 min manata qədər pul istənilmişdi. Bu pulu verənlər hazırda fəlaiyyət göstərsə də, verməyənlərin obyektləri sökdürüldü. Yolun genişləndirilməsindən isə söhbət gedə bilməz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...