Fuad Qəhrəmanlının ittiham olunduğu maddələr bilindi - Yenilənib

Fuad Qəhrəmanlının ittiham olunduğu maddələr bilindi -


Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.

APA-nın məlumatına görə, F. Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə gətirilib.

Məlumata görə, ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb.



***
20:05
Bakı. Hafiz Heydərov-APA. Bu gün Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa dəvət olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, o, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında F. Qəhrəmanlının şahid qismində dindirilıməsi faktını təsdiqləyib.

Qeyd edək ki, F. Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...