“İqtidarla dialoqa hazırıq“ - Arif Hacılı

“İqtidarla dialoqa hazırıq“ -

"Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə təmas qurmasını, bu sahədə təşəbbüslərini müsbət qiymətləndiririk"

"Əgər müsbət nəticə versə, Azərbaycan cəmiyyətinin marağına uyğun olar".

Bunu jurnalisltərə açıqlamasında Müsavat Partiyası başqanı Arif Hacılı deyib. O vurğulayıb ki, Müsavatın təklifi qəbul olunarsa, onlar sabah keçiriləcək görüşdə iştirak edə bilər: "Sabah görüşə Müsavat başqanı kimi məni dəvət ediblər və bildirilib ki, bu görüşdə əsasən Avropa Yay Olimpiya oyunları müzakirə ediləcək və demək olar ki, qeydiyyatdan keçmiş bütün siyasi partiyaların nümayəndələri iştirak edəcək. Biz hesab edirik ki, iqtidar müxalifət dialoqu zəruridir və cəmiyyətin maraqlarına uyğundur. Real müxalifət görüşü olacaqsa, biz belə görüşlərdə iştirak etməyə hazırıq. Yaxın günlərdə, hətta bu gün təklifimizi qəbul etsələr elə sabahkı müzakirəyə qatılmağa hazırıq".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...