Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu


Ermənistanın Milli Təhlükəsizlik Xidməti Armavir vilayətinin sakini, ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib. Avropa.info xəbər verir ki, erməni tərəfi Marutyanı uzun illər ərzində Azərbaycan kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edir.

Ehtiyatda olan Qarik Marutyan müxtəlif hərbi hissələrdə xeyli müddət kəşfiyyat rəisi vəzifəsində çalışıb. Ermənistan hüquq-mühafizə orqanları iddia edir ki, o, Türkiyədə fəaliyyət göstərən Azərbaycan kəşfiyyatının nümayəndələri ilə əlaqə saxlayır, müəyyən pul qarşılığında dövlət sirri təşkil edən məlumatları ötürürmüş. Marutyana qarşı “Dövlətə xəyanət” ittihamı ilə cinayət işi açılıb. İstintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...