Neftin qiyməti hansı səviyyəyə qədər enəcək? ANALİZ

Neftin qiyməti hansı səviyyəyə qədər enəcək?


Tanınmış iqtisadçı Qubad İbadoğlu son zamanlar neftin sürətlə bahalaşması və davam edəcək gözlənilən tendensiyalardan yazıb. GUNDEMİNFO.AZ Qubad İbadoğlunun fikirlərini təqdim edir:

- Xam neftin dünya bazar qiymətində bu gün cüzi də olsa artım qeydə alınsa da dünən baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır. Çünki, müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir ki, gözlənilən 1 barrel/40 dollar pisxoloji baryerini aşıb. Beləliklə də yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb.

Xam neftin qiymətin hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analıtikləri ciddi düşündürür. Onların qiymətləndirmələrinə və proqnozlarına görə dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin uculaşmasının qarşısının alınmaz olacaq və ucuzlaşma davam edəcək.Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barrel tələbə qarşı ən azı 1 milyon barrel artıq neft təklif olunur. Odur ki, qiyməti uculaşdıracaq başlıca səbəbi kimi təklifin artması qeyd olunur.

Xam neftin qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Fikrimizcə, bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarşılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir.

Xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...