“Diaspora fəalı” xalqın matəmini “şou” adlandırdı

Daha bir faciə Azərbaycan xalqını birləşdirdi, iqtidardan müxalifətə hamı Prezidentin matəmlə bağlı sərəncamına uyğun olaraq, matəm saxladılar. Bütün dünyada Azərbaycan səfirliklərinin qarşısına yüzlərlə insan qərənfil düzdülər. Dünən Rusiyada yaşayan və fəaliyət görseden insanlarımız ve diaspora üzvləridə Moskova’daki Azərbaycan səfirliyinin önünə toplaşıb faciə qurbanlarını yad etdilər səfirlyin qarşısına səfirliy nümayəndələri, diaspora və rus federal təşkilatların nümayəndələri toplaşmışdı.
Faciə qurbanları yad edildikdən sonra , hər kəs səfirliyin yeməyxanasında ehsan süfrəsinə dəvət olundu. Hər şey protokola uyğun kecdi.
Amma bu tədbirdən bir neçə saat sonra xalqımızın dərdinə şərik olan, o ağrı ilə səfirliyin önünə gələn ictimaiyyət nümayəndələri haqqında çirkin iddialar ortaya atıldı. Sosial şəbəkə “qəhrəmanları” Azərbaycan Prezidentinin matəmlə bağlı qərarına ictimai dəstək verən insanlara şər ve böhtan atdılar ki, guya ora yığılan insanlar “reytinq”üçün gəlibmiş. Bu statusu öz facebook səifəsində yazan diaspora “fəal”ı viskini kola ilə qarışdırdığından ağılı yerinden tərpənib və matəmi ilə şounu qarışdırıb.


Bununla öz ictimai yararsızlığını ört-basdır etmək istəyib . Əslində isə hər şey axşam gec saatlara qədər spirtli içki qəbul etməsindən qaynaqlanıb. Çünki bu “fəal gənc” yatıb qalıb və bir gün öncədən hamıya elan edilən səfirlik önünə gül qoymaq yadından çıxıb. İndidə özünə bəraət qazandırmaq istəyir ki , orda şou keçirilib.
Bildiyiniz kimi, “Günəşli”də faciəli şəkildə həlak olan neftçilərimiz üçün artıq neçə gündür ki, xalqımız dəniz kənarına axın edir və sahilə qərənfil qoyurlar. Bu məntiqlə, acısı böyük olan xalqımız da şou həyata keçirir. İnsan bunu söyləmək üçün bütün vicdani hisslərdən məhrum olmalıdır. Təəssüf ki, Azərbaycanın sağlam gəncliyi biriləri tərəfindən sıxışdırılsa da, bu tip “fəallar” yaltaqlıqla ən yüksəklərə qalxa bilirlər. Sonra isə xalqın matəminə “Şou” adını verirlər. (azerinfo.org)
425 dəfə oxundu