Oliqarxlar borclarını qaytarmaq üçün Bakıda böyük endirimə başladı

Oliqarxlar borclarını qaytarmaq üçün Bakıda böyük endirimə başladı

Bu günlərdə saxlanılan oliqarx Dünyamin Xəlilovun “Port Baku” ticarət mərkəzində yerləşən “Harvey Nichols” mağazası satdığı mallara bu gündən etibarən böyük endirim elan edib.

Bu məlumatı virtualaz.org saytına “Globus Plaza”nın əməkdaşları veriblər. Onların sözlərinə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur.

Yada salaq ki, “Globus Plaza”nın sahibi olan keçmiş deputat Dünyamin Xəlilov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. İlkin məlumata görə, D.Xəlilov banklardan öz əməkdaşlarının adına bir neçə milyon manatlıq kredit götürməkdə ittiham olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...