Cəsədlər Qazaxıstan sərhədinə yaxın ərazidə tapılıb

Cəsədlər Qazaxıstan sərhədinə yaxın ərazidə tapılıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. Həlak olanların yaxınlarına başsağlığı, itkin düşənlərin ailələrinə səbr diləyən X.Məmmədov qeyd edib ki, sərt hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini gecikdirib, axtarışı biraz da uzadıb, çətinləşdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...