Rusiya Türkiyəyə məhsullarının Azərbaycandan ixracının qarşısını alacaq

Rusiya Türkiyəyə məhsullarının Azərbaycandan ixracının qarşısını alacaq


Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.

"APA-Economics" Rusiyanın "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır.

"Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır", - deyə P. Sıçyovun müraciətində qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...