Xarici Kəşfiyyat Xidmətinin 38 yaşlı rəisi

Xarici Kəşfiyyat Xidmətinin 38 yaşlı rəisi


Prezident İlham Əliyevin fərmanı ilə bu gün Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılan Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş Orxan Sultanov Azərbaycan XİN sistemindəki işindən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Orxan Sultanovun tərcümeyi-halı barədə o qədər də geniş məlumat olmasa da yalnız bu məlumdur ki, o, 1977-ci ildə Bakı şəhərində anadan olub. Bundan əlavə, O.Sultanov peşəkar MTN zabitidir.


* * *16:01

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılması barədə fərman imzalayıb.
Orxan Sedyar oğlu Sultanov prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilib. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Orxan Sultanov bundan əvvəl Xarici İşlər Nazirliyi sistemində işləyib. O, 2007-2011-ci illər ərzində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. O.Sultanovun XİN sistemindən uzaqlaşandan sonra hansı sahədə çalışdığı bəlli deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...